voicepress.az

SON DƏQİQƏ

Rusiya qırıcıları türk hərbçiləri vurdu: 3 ölü, 11 yaralı - YENİLƏNİB

9-02-2017, 19:27

19:25

Bu gün Rusiya hərbi təyyarəsi Suriya ərazisində Türkiyə hərbi kontingentinin olduğu binaya zərbə endirib.

VOİCEPRESS-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlama yayıb. Açıqlamada bildirilir ki, hadisə saat 08:40-da baş verib. Rusiyaya məxsus hərbi təyyarənin türk əsgərlərinin qaldığı binanı bombalaması nəticəsində 3 əsgər həlak olub, 11-i yaralanıb.

Hadisənin pilotun səhvi ucbatından baş verdiyi qeyd olunub: "Rusiya Federasiyasının səlahiyyətli şəxsləri olayın bir qəza olduğunu deyərək üzüntülərini və başsağlığı diləklərini çatdırdılar. Hər iki tərəf hadisə ilə bağlı araşdırma aparır. Bundan başqa, Rusiya prezidenti hörmətli Vadimir Putin prezidentimiz, hörmətli Rəcəb Tayyib Ərdoğana üzüntülərini çatdırıb və başsağlığı verib".

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında İŞİD-ə qarşı "Fərat qalxanı" adlı hərbi əməliyyat keçirir. Son iki gün ərzində Əl Bab qəsəbəsi uğrunda döyüşlərdə 10 türk hərbçisi həlak olub.

-----------

19:16

Suriyada Rusiya qırıcıları səhvən türk hərbçiləri atəşə tutub.

VOİCEPRESS -in Trend-ə istinadən məlumatına görə, nəticədə Türkiyənin 3 hərbçisi ölüb, 11-i yaralanıb.



VOİCEPRESS.AZ





Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 689
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter