voicepress.az

SON DƏQİQƏ

Tereza Mey İranın nüvə proqramına dair sazişi dəstəkləyib

6-02-2017, 22:26

Böyük Britaniyanın baş naziri Tereza Mey İranın nüvə proqramına dair sazişi dəstəkləyib, lakin rəsmi Tehranın Yaxın Şərq siyasətinə sayıq yanaşmağın vacibliyini vurğulayıb.

VOİCEPRESS-in TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın baş nazirinin mətbuat katibi bildirib.

"Baş nazir qətiyyətlə bəyan edib ki, Böyük Britaniya İranın nüvə proqramına dair sazişi dəstəkləyir", deyə mətbuat katibi vurğulayıb.

Qeyd edək ki, bu gün Tereza Mey İranla bağlı sazişin ən böyük əleyhdarı olan İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 724
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter