voicepress.az

SON DƏQİQƏ

Bu dəfə Trampın sözü Madonna ilə çəp gəldi

30-01-2017, 08:41

Bu dəfə ABŞ Prezidenti Donald Trampın sözü məşhur pop ifaçısı Madonna ilə çəp gəlib, Ağ Evin rəhbəri tanınmış ulduzu iyrənc adlandırıb.

VOİCEPRESS xarici KİV-ə istinadən bildirir ki, daha öncə 58 yaşlı muğənni ABŞ paytaxtı Vaşinqtonda dövlət başçısına qarşı beynəlxalq feminist və hüquq müdafiəçiləri tərəfindən təşkil olunmuş "Qadınlar Yürüşü" adlı etiraz aksiyasında iştirak edərək, qeyri-etik ifadələrdən istifadə edib, o yeni seçilmiş respublikaçını kobud şəkildə tənqid edib. Madonna Donald Trampın prezident seçilməsindən son dərəcə narazı olduğunu bildirib.

Tramp bu hadisəyə münasibət bildirərək, Madonnanın iyrənc olduğunu deyib, onun sözlərinə görə, ifaçı bu hərəkəti ilə özünə, eləcə də yürüşün əsas ideyasına ziyan gətirib.

Yürüşü canlı yayımlayan CNN telekanalı isə yayımı kəsərək, məşhurun çıxışını dayandırıb və Madonnanın ifadələrinə görə, izləyicilərindən üzr istəyib.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 490
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter