voicepress.az

SON DƏQİQƏ

Nazir: "Trampın qərarı "ekstremistlərə hədiyyədir""

29-01-2017, 14:30

İran xarici işlər naziri Cavad Zərif ABŞ prezidenti Donald Trampın 7 müsəlman ölkənin vətəndaşlarının ABŞ-a səfərinə qadağa qoyulmasını "ekstremistlərə böyük hədiyyə" adlandırıb.

VOİCEPRESS-in verdiyi məlumata görə, C.Zərif bunu "Twitter" sosial şəbəkəsindəki səhifəsində yazıb.

C.Zərif bildirib ki, kollektiv diskriminasiya fikir ayrılıqlarının dərinləşməsinə, terror təbliğatına kömək edir, ekstremistlər də bundan mövqelərini gücləndirmək üçün istifadə edirlər.

Qeyd edək ki, bundan əvvəl İran Xarici İşlər Nazirliyi İran vətəndaşlarının ABŞ-a səfərinə qadağa qoyulması ilə bağlı cavab addımı atılacağını bəyan edib.

Xatırladaq ki, cümə günü D. Tramp İraq, İran, Suriya, Sudan, Yəmən. Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 966
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter