voicepress.az

SON DƏQİQƏ

Nuland da gedir

26-01-2017, 12:01

ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Viktoriya Nuland vəzifəsini tərk edəcək.

VOİCEPRESS xəbər verir ki, bu barədə trend "Associated Press" agentliyinə istinadən məlumat verir.

Ümumilikdə ABŞ xarici siyasət idarəsini bir neçə diplomatın tərk edəcəyi bildirilir. V.Nulanddan başqa, dövlət katibinin köməkçiləri Coys Barr və Mişel Bond, eləcə də dövlət katibinin inzibati-təsərrüfat işləri üzrə müavini Patrik Kennedi vəzifələrindən ayrılıblar.

Hazırda dövlət katibinin səlahiyyətlərini Dövlət Departamentinin sabiq rəhbəri Con Kerrinin müavini Tomas Şennon icra edir. ABŞ prezidenti Donald Tramp bu vəzifəyə Reks Tillersonun namizədliyini irəli sürüb, lakin Senat onun namizədliyini hələ təsdiqləməyib.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 400
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter