voicepress.az

SON DƏQİQƏ

Tramp administrasiyasında erməni

21-01-2017, 10:40

ABŞ-ın yeni vitse-prezidenti Maykl Pens erməni əsilli Ken Naxiqyanı Tramp-Pens administrasiyasının keçid dövrü üçün məsul şəxs təyin edib. Ermənistan mətbuatı bununla bağlı xəbər yayıb.

VOİCEPRESS musavat.com-a istinadən xəbər verir ki, Naxiqyan Ağ evdə administrasiya rəhbərinin müavini vəzifəsini tutan Rik Dirbornu əvəzləyəcək. "Seçkilərdən sonra Naxiqyanın rolu artıb. Keçid prosesi Naxiqyanın etibarlı əllərindədir", - Dirborn deyib.

Qeyd edək ki, K.Naxiqyanın qardaşı Kit Naxiqyan seçki kampaniyası dövründə Respublikaçılar Partiyasının üzvü kimi prezidentliyə namizəd Donald Trampın məsləhətçisi olub. Erməni qardaşlar Vaşinqtondakı "Nahigian Strategies" şirkətinin rəhbərləridir.

Belə görünür ki, ermənilər fəaliyyəti dövründə Trampı da ələ almağa, ən azı onun dilindən "soyqırım" ifadəsini qoparmağa çalışacaqlar.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 764
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter