voicepress.az

SON DƏQİQƏ

İŞİD türk ordusuna hücum etdi: 5 əsgər şəhid oldu

20-01-2017, 19:00

Suriyanın şimalındakı Əl-Babın Suflaniyah bölgəsində İŞİD terrorçularının bomba yüklü avtomobili partlatması nəticəsində Türkiyənin 5 əsgəri şəhid olub, 9-u isə yaralanıb.

VOİCEPRESS xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Açıqlamada bildirilib ki, yaralılar xəstəxanaya yerləşdirilib və onların dərhal müalicəsinə başlanılıb.

Qeyd edək ki, ötən ilin avqustun 24-dən etibarən Türkiyə ordusu Suriyada terrorçulara qarşı “Fərat Qalxanı” adlı əməliyyat həyata keçirir.


VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 490
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter