voicepress.az

SON DƏQİQƏ

Saakaşvilinin partiyası qurultay keçirir

20-01-2017, 17:48

Tiflisdəki İdman Sarayında Vahid Milli Hərəkat Partiyasının VII qurultayı keçirilir.

VOİCEPRESS-in apa-ya istinadən məlumatına görə, tədbirin açılışında dövlət himni səsləndirilib. Qurultayı parlamentin keçmiş deputatı Petre Tsiskarişvili açıq elan edib.

Qurultaya 7 min nümayəndə qatılıb. Tədbirdə Gürcüstanın sabiq xarici işlər naziri Qriqol Vaşadze də iştirak edir. Tədbirə qatılanlar arasında hərəkatın lideri, sabiq prezident Mixail Saakaşvilinin həyat yoldaşı Sandra Rulofs, anası Giuli Alasaniya da var.

Tədbir çərçivəsində Mixail Saakaşvili Vaşinqtondan qurultay iştirakçılarına müraciət edib.

Tədbirdə çıxış edən partiya liderlərindən biri Nino Kalandadze bu gün partiya üzvlərinin Gürcüstanın müstəqilliyi kursuna sadiq qaldıqlarını bildirib.

Hazırda həbsdə olan hərəkatın baş katibi Vano Merabişvilinin yenidən bu posta seçiləcəyi bildirilib.

Qurultayda qeyd olunub ki, tədbirdə partiya sədri seçilməyəcək. M.Saakaşvili partiyanın dəyişməz lideri olaraq qalacaq.


VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 142
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter