voicepress.az

SON DƏQİQƏ

Tramp “Twitter”də yazmağa davam edəcək

17-01-2017, 09:22

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp "Twitter"dəki şəxsi səhifəsini bağlamaq niyyətində olmadığını deyib.

VOİCEPRESS lent.az-a istinadən xəbər verir ki, D. Tramp "The Times" qəzetinə müsahibəsində andiçmədən sonra hansı ad altında "Twitter"də yazmağa davam edəcəyi ilə bağlı suala belə cavab verib: "Düşünürəm ki, "@RealDonaldTrump" səhifəsini saxlayacağam".

D. Tramp bildirib ki, hazırda onun "Twitter" və "Facebook" səhifələrinin 46 milyon izləyəni var: "Mətbuat mənim haqqımda həqiqətləri yazmadığı üçün "Twitter" vasitəsilə öz fikrimi ifadə edirəm".

Yeni prezident mikrobluqun idarə edilməsi işində ona bir neçə nəfərin yardımçı olduğunu söyləyib: "Mən onlara diktə edirəm və onlar yazır".

Qeyd edək ki, D. Tramp yanvarın 20-də keçiriləcək andiçmə mərasimindən sonra ABŞ prezidentinin "Twitter"dəki rəsmi akkauntuna da (@POTUS) sahib olacaq.


VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 911
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter