voicepress.az

SON DƏQİQƏ

NATO Donald Trampı dövlətin öhdəliyinə sadiq olmağa çağırır

16-01-2017, 20:57

NATO ABŞ-ın seçilmiş prezidenti Donald Trampın bu təşkilatın köhnəlməsi barədə bəyanatından narahatdır.

VOİCEPRESS azərtac-a istinadən xəbər verir ki, bu fikri Almaniyanın daxili işlər naziri Frank-Valter Ştaynmayer bu gün Brüsseldə alyansın baş katibi Yens Stoltenberqlə görüşündən sonra səsləndirib. Onun sözlərinə görə, Donald Trampın Avropa İttifaqı və NATO haqqında bəyanatları təkcə Brüsseldə təəccüb və narahatlıqla qarşılanmayıb.

Aİ ölkələrinin daxili işlər nazirlərinin görüşündə iştirak edən Ştaynmayer bildirib ki, Donald Trampın Almaniyanın “Bild” qəzetinə müsahibəsi Brüsseldə iclasın gündəliyinə “ehtimal ki, təsir edəcək, bəlkə də onu tamamilə müəyyən edəcək”. ABŞ-ın yeni prezidentinin NATO haqqında bəyanatını şərh edən alman siyasətçi vurğulayıb ki, bu bəyanat ABŞ-ın gələcək müdafiə nazirinin Konqresdə dinləmələr zamanı söylədiyi fikirlərlə ziddiyyət təşkil edir. “Baxaq görək, bu bəyanatlar ABŞ-ın siyasətinə necə təsir edəcək”, - deyə Ştaynmayer bildirib.

NATO-nun baş katibi AFP agentliyinin sorğusuna cavabında məlumat verib ki, Brüsseldə ABŞ-ın “alyansa töhfə” və “Avropanın təhlükəsizliyinin qarantı” ilə bağlı öhdəliklərini yeni prezidentin dövründə yerinə yetirəcəyinə əvvəlki kimi bel bağlayırlar.


VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 611
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
R" alt="Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE" title="Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE" width="80" height="50"/> 13.11.2019, 20:00
Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter