voicepress.az

SON DƏQİQƏ

Gürcüstan hökuməti "Qazprom"un Ermənistan təklifini qəbul etdi

11-01-2017, 16:19

Gürcüstan hökuməti "Qazprom eksport"un Ermənistana satdığı təbii qazın Gürcüstan ərazisindən nəqlinə görə nağd pul ödəmək təklifini qəbul edib.

VOİCEPRESS report-a istinadən xəbər verir ki, bu barədə qərar hökumətin yanvarın 11-də keçirilən iclasında qəbul olunub.

Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze jurnalistlərə bildirib ki, hazırkı vəziyyətdə "Qazprom eksport"un təklifi Gürcüstan üçün ən əlverişli variantdır.

Nazirin sözlərinə görə, yeni müqavilə yaxın vaxtlarda imzalanacaq: "Əvvəlki müqavilənin müddəalarından yalnız təbii qazın Gürcüstan ərazisindən nəqlinə görə ödəmələrlə bağlı olan maddə dəyişdirilir. Digər maddələr öz qüvvəsində qalır".

K.Kaladze qazın nəqlinə görə, "Qazprom ekspert"un ödəyəcəyi məbləği açıqlamasa da rəqəmin qənaətbəxş olduğunu bildirib.

Qeyd edək ki, əvvəlki müqaviləyə əsasən, "Qazprom ekspert" Ermənistana satdığı təbii qazın Gürcüstan ərazisindən nəqlinə görə bu ölkəyə ümumi həcmin 10 faizi həcmində "mavi yanacaq" verirdi. Bu ildən isə "Qazprom" ödənişin nağd ödəmələrlə həyata keçirmək barədə təklif irəli sürmüşdü.


VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 517
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter