voicepress.az

SON DƏQİQƏ

Peskov Putinin diqqət imtahanından “2 aldı”: “Siz bütün iclas boyu yatmışdınız”

8-01-2017, 21:37

Kremlin mətbuat katibi Dmitri Peskov canlı yayımda Rusiya prezidenti Vladimir Putinlə aralarında baş verən maraqlı bir dialoqu danışıb.
VOİCEPRESS xəbər verir ki, qatıldığı bir televiziya proqramında Peskov toplantılarda fikrini toplamaq üçün bəzən gözlərini yumduğunu qeyd edib. Bənzər əməli Putinin çıxış etdiyi bir iclasda da təkrarladığını açıqlayan mətbuat katibi iclasdan təxminən 2 saat sonra Putinin ona zəng vuraraq iclasda nə danışdığı ilə bağlı suallar verdiyini bildirib.
“Putin məndən “Dmitri Sergeyeviç, danışığımdakı nöqtələr və vurğular necə idi?” diye soruşduqda mən ona:“Vladimir Vladimiroviç, möhtəşəm idi, məncə doğru bir hədəfə və kütlələrə çatan bir mesaj idi” cavabını verdim”.
Peskov prezidentin kiçik bir duruxsamadan sonra ona belə bir sual yönəltdiyini bildirib: “Dmitri Sergeyeviç, siz hardan bilisiniz?”

Nə cavab verəcəyini bilmədiyini və əsəbi bir şəkildə dodağının altında danışmağa başladığını söyləyən Peskov Putinin ona “Dmitriy Sergeyeviç, siz bütün iclas boyu yatmışdınız” dediyini açıqlayıb.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 011
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter