voicepress.az

SON DƏQİQƏ

İranın keçmiş prezidenti dünyasını dəyişdi

8-01-2017, 20:42

İranın sabiq prezidenti, Məsləhət Şurasının sədri Əli Əkbər Haşimi Rəfsəncani vəfat edib. VOİCEPRESS İran mətbuatına istinadən xəbər verir ki, sabiq prezident bu gün yerləşdirildiyi xəstəxanada 82 yaşında dünyasını dəyişib.

Sabiq prezident bu gün ürək tutmasından sonra xəstəxanaya yerləşdirilmişdi.

Əkbər Haşimi Rəfsəncani 25 Avqust 1934-cü ildə anadan olub.

O, İranın dördüncü prezidenti vəzifəsində çalışıb.

Rəfsəncani 1989-1997 ildə İran prezidenti olub. 2005-ci ildə İrandakı prezident seçkilərində Mahmud Əhmədinecəd səs çoxluğu ilə onu qabaqlayıb. Həmçinin 1980-ci ildən 1989-cu ilə qədər İran Parlamentinin Sədri təyin olunub. 1980-ci ildə ona qarşı olan sui-qəsd uğursuzluqla nəticələnib.

O, praqmatik konservativ siyasətçi kimi tanınır. O, azad bazar pozisiyasını dəstəkləyirdi. 1993-cü ilin oktyabrında Bakıda rəsmi dövlət səfərində olub.


VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 736
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
YANPRESS


Flag Counter