“Əziz və çox dəyərli Azərbaycanlılar, Əziz Türk Dünyası, hər birinizi 31 Dekabr – Həmrəylik Günü, eləcə də, Yeni il münasibətilə ürəktən təbrik edirəm, hamınıza ən xoş arzularımı çatdırıram.
Yola saldığımız son üç il Azərbaycan tarixinə möhtəşəm Zəfər ili, eyni zamanda diplomatik müstəvidə uğurlu illər olaraq qızıl hərflərlə əbədi həkk olundu, deyə bilərik. Son üç ildə Azərbaycan Respublikasının möhtərəm Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi altında rəşadətli ordumuz müqəddəs Vətən torpaqlarını düşmən işğalından azad etdi, Mənfur düşməni istər hərbi sahədə, istər diplomatik baxımdan sözün əsil mənasında diz çökdürdü. Azərbaycan Respublikasının möhtərəm Prezidenti İlham Əliyev ölkəmizin iqtisadi qüdrətini, beynəlxalq aləmdəki nüfuzunu, rifahı və əmin-amanlığı, daha yüksək zirvələrə doğru inamla addımlaması üçün əlindən gələni əsirgəmir. Bu önəmli addımlardan biri də, qardaş Türkiyə başda olmaqla, bütün Türk dünyası ilə əlaqələrin yeni mərhələdə ən yüksək səviyyədə dəyərləndirilməsidir. Bu tendensiya birmənalı olaraq, dövlətimizin siyasi, iqtisadi və mədəni inkişaf yolunda bütün dünyada təqdir olunan, örnək göstərilən davamlı nailiyyətləri olan bir dövlət üçün əvəzsolunmaz bir tövhədir.
Son üç ildə əldə etdiyimiz uğurlar Azərbaycan xalqının, bütün dünya Azərbaycanlılarının Zəfərimizin memarı olan İlham Əliyevə olan sonsuz inam və etimadının göstəricisidir. Çünkü bugün Azərbaycanda Xalq və Dövlət arasında sarsılmaz bir bağ və dəf edilməz bir birlik-bərbaərlik var. Xalqımızın həmrəyliyi, dünya Azərbaycanlılarımızın həmrəyliyi, etimadı və dəstəyindən qidalanan dövlətimiz uğurlu addımları ilə qoy hər an bizləri sevindirməyə davam etsin!
Mən bu gun sadəcə dünya Azərbaycanlılarını deyil, ümumilikdə Türk Dünyasını 31 Dekabr Həmrəyliyi Günü və qarşıdan gələn 2023-ci il münasibətilə səmimi qəlbdən təbrik edirəm. Qəlbi Azərbaycanla döyünən hər bir Türk qardaşımıza möhkəm cansağlığı və müvəffəqiyyətlər arzulayıram. Qoy Yeni il hər birinizə və ailələrinizə sevinc və xoşbəxtlik gətirsin”.
Ülkər Fərmanqızı







