Rusiyalı jurnalist və teleaparıcı Vladimir Solovyov separatçı David Babayanı “Соловьев Live” proqramına dəvət etdiyi üçün Azərbaycandan üzr istəyib.
Voicepress.az Rusiya mediasına istinadən xəbər verir ki, Solovyov “Соловьев Live” proqramının səhər buraxılışında separatçı Babayanı efirə dəvət etməklə siyasi səhvə yol verdiyini etiraf edib: “Böyük siyasi səhvə yol verdim. Sözü yalnız bir tərəfə verməyim mənim səhvim idi. Bu, mənim səhvimdir və üzr istəyirəm, sözü Azərbaycan tərəfinə verməyə hazıram”. Daha sonra Azərbaycandan üzr istəyən Solovyov:“Digər ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət Rusiyanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Mən özüm şəxsən bu prioritetlə tamamilə razıyam. Dünən mənim verilişimin səhər buraxılışında Bakıda qəbuledilməz olaraq qiymətləndirilən hadisələr baş verdi. Mən öz adımdan Azərbaycandan üzr istəyirəm, çünki bu mənim şəxsi siyasi səhvimin nəticəsi idi. Çətin vaxtlarda səhvlər olur” deyə əlavə edib.







