Musa Quliyev: “Rusiyanın Qafqazda uzun müddətdir ki, öz maraqları var”

“Rusiyanın xarici işlər naziri Seyreg Lavrovun Bakı səfərini, Bakıda keçirdiyi görüşlər, Bakıda Rusiyalı nazirlə imzalanan İnformasiya təhlüksəsizliyi haqqında sənədi hər iki dövlət üçün faydalı hesab etmək mümükündür”.

Bunu Voicepress.az- a açıqlamasında millət vəkili Musa Quliyev deyib.

Onun sözlərinə görə, Rusiyanın Qafqazda uzun müddətdir ki, öz maraqları var: “Rusiya öz maraqları üçün hər zaman müxtəlif vasitələrdən istfadə etmişdir. Rusiyanın Minsk qrupunun həmsədrlərindən biri olması bölgədə ona öz maraqlarını qoruma imkanları verirdi. 44 günlük Qarabağ müharibəsindən sonra 10 Noyabr tarixində imzalanan üçtərəfli bəyanatda Rusiya prezidentinin də imzası var. Qeyd etmək gərəkir ki, məhz Rusiyanın aracılığı ilə Azərbaycan və Ermənistan arasındakı məsələlərin danışıqlar yolu ilə həll olunması qərara alınmışdır. Lavrovun Bakı səfərində istər Azərbaycan Prezidenti Cənab İlham Əliyevlə görüşündə, istər XİN başçısı Ceyhun Bayramovla görüşündə də, heç şübhəsiz ki, Azərbaycan-Ermənistan münasibətləri müzakirə olunmuş, normallaşma prosesinin mərhələli şəkildə, addım- addım çözülməsinin vacibliyi vurğulanmışdır. Bununla yanaşı Azərbaycan tərəfi 10 Noyabr üçtərəfli bəyanatının Ermənistan-Azərbaycan arasında komunikasiyaların açılması kimi xüsusi bir bəndinin rəsmi İrəvan tərəfindən gözardı edilməsi və bir ildən artıq müddətdir həmin bəndin icrasına əngəl törətmələrinin qarşısının alınması məsələsi Lavrova bir daha xatırladılmışdır. Məsələ Zəngəzur koridorunun açılmasından, Naxçivanla Azərbaycan arasında dəmir yolu və qara yolu əlaqələrinin qurulmasından gedir. Heç şübhəsiz ki, Azərbaycan danışıqlar yolu ilə bu məsələnin həllinə də yaxın günlərdə nail olacaqdır. Lavrov da bu məsələdə Rusiyanın müxbət münasibətini bildirmişdir. Eyni zamanda Lavrovun istər mətbuata verdiyi açıqlamada, istər görüşlər zamanı söylədiyi fikirlərində “Dağlıq Qarabağ” ifadəsinin, yer almaması yaxud da “Status” məsələsinin işlədilməməsi, artıq Rusiyanın da, tənzimləmə prosesində Azərbaycanın mövqeyini dəstəklədiyini sübut edir.

Rusiya və Azərbaycan XİN başçıları arasında keçirilən görüş və İnformasiya təhlüksəziliyi barədə imzalanan anlşama da, hesab edirəm ki, Azərbaycanın maraqlarına uyğundur. Eyni zamanda Rusiya tərəfi üçün də, bu anlaşma məqbul hesab edilməlidir. Bildiyimiz kimi Rusiya bir neçə rus dilli Azərbaycan xəbər saytlarının yayınını dayandırmışdı. Azərbaycan da, “RİA-NOVOSTİ”-nin Azərbaycan ərazisindəki yayınına son vermişdi. Bir müddət sonra isə “SPUTNİK” yayının Azərbaycandakı rəhbərliyinin dəyişdirilməsi ilə bağlı bir sıra addımlar atmışdı. Həmin mətbu orqanlar bildiyiniz kimi bir çox hallarda Azərbaycan əleyhinə materiallar, Ermənistanın ve qondarma Dağlıq Qarabağın maraqlarını belə bir dövlət, belə bir qurum olmamasına rəğmən məqalələr yayınlayırdılar. Bu addımlar isə birmənalı olaraq Rusiya və Azərbaycan əlaqələrinə kölgə salan addımlar idi. Hazırda Rusiya –Ukrayna müharibəsi ilə bağlı da, beynəlxalq media sahəsində bir çox mətbua orqanlar tərəfindən Rusiyanın daxili siyasi addımları ilə uyğunsuzluq təşkil edən materialların yayınına yer verilir. Buna görə də, İnformasiya Təhlükəsizliyi anlaşması bu kimi problemlərin aradan qaldırılması üçün gərəkli anlaşma kimi dəyərləndirə bilərik. Ümumiyyətlə hesab edirəm ki, Lavrovun Bakı səfəri zamanı səsləndirdiyi fikirlər birmənalı olaraq Ermənistan tərəfindən də, qeyri adekvat qarşılanıb. Ermənistan Rusiyanın daim Ermənistandan yana çıxış etməli olduğunu düşünürdü. Əslində Rusiya bunu edir, amma hər şeydən əvvəl Rusiyanın burada özünün maraqları var. Rusiya bu gün Qafqazda əsas gücün Azərbaycan olduğunun fərqinədir”.

\voicepress.az\