“Mən demişəm və deyirəm ki, Ermənistan müttəfiqi Rusiya ilə siyasi, iqtisadi və təhlükəsizlik münasibətlərini gücləndirməlidir”.
Voicepress.az xəbər verir ki, bu sözləri Ermənistan Repsublikaçılar Partiyasının sədri Eduard Şarmazanov özünün Facebook hesabında yazıb.
O, qeyd edib ki, Nikolun həmkarları açıq şəkildə bəyan edirlər ki, o, Ermənistanın xarici siyasət vektorunu Qərbə, əslində isə Türkiyəyə doğru dəyişir.
“Son günlər Nikolun parlamentdə olmayan “müştəriləri” Rusiya əleyhinə bəyanatlar verirlər. Nikol hələlik susur, amma anti-Rusiya ölkəsinə səfər edir. Mən demişəm və deyirəm ki, Ermənistan müttəfiqi Rusiya ilə siyasi, iqtisadi və təhlükəsizlik münasibətlərini gücləndirməlidir.
Qarşı tərəfdə Türkiyə var. Yetər ki, NATO intriqalarına qatılsın, beləliklə, Ermənistanı birbaşa Türkiyənin təsiri altına salırsınız. Bunun qarşısını almaq üçün Nikolu hakimiyyətdən uzaqlaşdırmaq lazımdır”.
\voicepress.az\








