Voicepress.az Türkiyənin tanınmış ssenarist Sabah Durunun unudulmaz yazıçı Əziz Nesinlə bağlı xatirəsini təqdim edir.
Əziz Nesinlə Moskvada tanış olmuşduq. Onunla Nazim Hikmət irsinin davamçısı, türkoloq alim Əkbər Babayevin evində görüşürdük. O ev hamımızın ikinci evi sayılırdı. Bu görüşlərə Dəniz Baykal, Ecevit də qatılırdı. Bilmirəm niyəsə bütün söhbətlərimiz gərginliklə bitirdi.
Fikirlərinə etiraz edəndə için-için hirslənirdi. Gözümün içinə, “bu qız getsəydi” deyə baxardı. Mən anlayardım, amma özümü anlamamazlığa vurardım. Gərginliklə də olsa Əziz Nesinlə keçən zamanın qiymətini bilirdim. Bəzi fikirlərinə Əkbər Babayev də qatılmırdı. Amma ev sahibi olduğu üçün açıq dilə gətirməzdi. Əziz Nesin yaşına yenilib yorulanda qalxıb getmək istəyərdi.
Mənim avtomobilim, daha doğrusu “Mosfilm”in mənim üçün ayırdığı avtomobil qapıda idi. Təklif edirəm, “yox mən bir taksi ilə gedərəm” deyib inad edir. “Onsuz mən də gedirəm indi” deyərək onu yola gətirməyə çalışardım. Sonra onu Yazıçılar Evinin mehmanxanasına qoyub geri qayıdardım. Amma otelimə deyil, Əkbərin evinə.
Gecənin dedi-qodusunu edərdim. Əkbər sakitçə dinləyərdi. Məni təsdiqləyirdi əslində, amma danışmazdı, susardı. Yaxşı ki, o anların qiymətini bilmişəm.
Geri qayıdanda “Əkbər sizə kitab göndərib” bəhanəsi ilə Əziz Nesinə zəng vurardım. Amma o, “zəhmət çəkməyin mən sizdən aldıraram” deyib başından edərdi məni. Bir dəfə göndərdiyi gəncə verməmişdim kitabları. “Mən kuriyer deyiləm, Əziz bəy dəvət etsin kitabları öz əllərimlə verim” desəm də səs çıxmamışdı. Mən də kitabları geriyə, Əkbərə qaytardım. Əkbər zaraftyana, “Sən də az inadkar deyilsən” demişdi. Amma oh olsun!
Ecevit kiçik bir qonaqlıq təşkil etmişdi. 8 nəfərlik qonaqlığa məni də dəvət etmişdi. Mən o qonaqlıqda adımın yazıldığı kartı dəyişərək Əziz Nesinin yanında oturdum. Uzun zaman mənimlə danışmadı. Amma sonra bal kimi də danışdı. Üzünü Ecevitə tutub, “mənim kitablarımı mənə vermədi” deyə məndən şikayət etdi.
Rəhmət istədi deyə düşünürəm. Amma rəhməti istəməzdi.
Nurlar içində olsun.
Hardan yadıma düşdü bu xatirə? Fondla bağlı araşdırma başladılıb eşitdim. Həmin fondun kitabxanasında mənim 30 albomum və ruslar tərəfindən xüsusi olaraq nəşr edilmi. “Rəssamlar” seriyası var.
\voicepress.az\







