Yazıçı “Əsli və Kərəm” operasını tənqid etdi: “Belə operadan meyxana daha ciddi sənətdir”

12 May, 13:40

Yazıçı İlham Əziz dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Əsli və Kərəm” operasını tənqid edib.

Voicepress.az xəbər verir ki, yazıçı İlham Əziz şəxsi Facebook hesabından etdiyi paylaşımda “Əsli və Kərəm” operasına baxmağaı vaxt itkisi hesab edib:

” “Əsli və Kərəm” operasına baxdım və anladım ki, meyxana niyə dəbdədir. Belə operadan meyxana daha ciddi sənətdir. Heyif o Mütəllimdən… Mənasız dialoqlar, pafos, qarğaşa, qaranlıq. Hələ 90-cı illərdə UFA da ilk dəfə Leninqrad rok operasının “Aliluya” sına baxmışdım, elə bildim başqa dünyaya düşmüşəm. “Əsli və Kərəm” məni paytaxtdan ta kəndimizin həndəvərinə atdı. Vallah səmimi deyirəm, heyifdi o məkana, xərclənən pullara, dövlət bu işlərdən çəkilməlidir. Yoxdu, yoxdu da… Belə mənasız işdənsə, yığılıb tökülüb xaricdən dəvət edin camaat baxsın, adamlar da bəlkə nəsə öyrəndi…

Heyif…“

\voicepress.az\