Bakıda Təcili Tibbi Yardım xəstəni küçədə atıb getdi

6 May, 16:53

Bakıda Təcili Tibbi Yardıma təhvil verilən xəstə gecə radələrində küçəyə atılıb.

Voicepress.az xəbər verir ki, bu barədə jurnalist Rumiyyə Miraslan Facebook hesabında paylaşıb edib. O, qedy edib ki, dünən halı pisləşən Vüsalə adlı qadın üçün tcili yardım çağırıb və xahiş edib ki, yaxın xəstəxanalardan birinə çatdırılsın. Lakin təcili yardım həkimləri xəstəni nəinki xəstəxanaya aparmayıb, küçənin ortasına atıb çıxıb gediblər.

“Dünən bu qadını polislə birlikdə 3 saylı təcili tibbi yardımın həkimlərinə təhvil vermişik, aparıblar xəstəxanaya. Hələ nə qədər yalvarmışam ki, atmayın küçədə. Ancaq sən demə həmin həkim bu dünyadakı ən şərəfsiz, vicdansız, əxlaqsız qadin imiş. Çünki qadını aparıb hardasa atıb çıxıb gediblər. Təcili Tibbi Yardima zəng edirəm, deyirlər həmin xəstəyə küçədə yardim göstərilib. (Yəni biz xəstəni təcili yardıma mindirib gönderməmişik) Baş həkimin müvani Nərminə xanim isə deyir ki, xəstəni aprıblar Respublikanski xəstəxanaya, orda deyiblər ki, xəstənin xəstəxanalıq heç nəyi yoxdur (halbuki qadının nə halda olduğu şəkillərdən də aydın görünür) və aparıblar 21-ci polis bölməsinə ki, guya harasa yerləşdirilsin, bölmədə də qadına sahib çıxmayıblar, qadın özü çixib harasa gedib. Halbuki qadın nəinki gəzə, heç ayaq üstdə dura bilmirdi. Təcili yardım maşınına xərəkdə mindirmişdik.

Təsəvvür edirsiz, qadının ailəsi tapılıb, qızına sahib çıxmaq istəyir, evə aparmaq istəyirlər, amma mən qızı tapa bilmirəm. Bəlkə də hardasa ölüb, təcili yardımın həkimi öldürüb onu. Xahiş edirəm, aidiyyəti qurumları tag edin, Vüsaləni tapaq, ailəsinə verək. (Əgər sağ qalıbsa))

P.S. Respublikanski xəstəxananın baş həkiminin müavini Mahir doktorla danışdım, araşdırd. və bildirdi ki, onlara ümumiyyətlə belə xəstə gətirilməyib.”

\voisepress.az\