Ukrayna kəşfiyyat mənbələri Rusiyanın başqa bir ölkəyə hücuma hazırlaşdığını bildirib.
Voicepress.az xəbər verir ki, Ukrayna hərbçiləri Rusiyanın yaxın gələcəkdə Moldovaya hücum edə biləcəyi iddiasınıirəli sürüb. Britaniyanın “Tayms” qəzetində yer alan məlumatda bildirilir ki, Ukrayna kəşfiyyat mənbələri Moldovanın işğalı Rusiyaya Ukraynanın Odessa şəhərini qərbdən təhdid etməyə kömək edəcək. Mənbələr Moskvanın Moldovaya nəzarət edəcəyi təqdirdə Odessanın daha asan hədəf olacağını və Moldova ordusunun cəmi bir neçə min əsgərdən ibarət olduğunu bildirib.
Rusiyayönlü Moldova separatçılarının Dnestryanı bölgəsində bir sıra səbəbi bilinməyən partlayışların baş verdiyi ərazidə gərginlik artır. Ötən həftə Dnestryanıda iki radio antena partlaması baş verib. Moldova Təhlükəsizlik Şurası separatçı Dnestryanı bölgənin Tiraspol şəhəri yaxınlığındakı hərbi hissəyə “terror aktı” həyata keçirildiyini açıqlayıb. Yerli xəbər agentliyi olan Novosti PMR-in məlumatına görə, partlayışlar Dnestryanıda Təhlükəsizlik Nazirliyinin qərargahına ziyan vurub. Bu hücumdan başqa bölgədə daha iki hücumun həyata keçirildiyi bildirilib.
\voicepress.az\








