2017- ci ildə aktyor kariyerasına son verdiyini açıqlayan dünyanın ən güclü obraz yaratmaq qabiliyyətinə malik aktyoru Daniel Day-Lewisin bu il 65 yaşını edir. Oynadığı filmlərdə obrazlara bürünərək tamaşaçısını sehirləyən əfsanəvi aktyorun öz obrazlarının təbii alınmasının özünməxsus sirri var. O bu obrazları yarada bilmək üçün gah qabırğası qırıldı, gah ağ ciyəri iltihablandı, gah film ortaya çıxana kimi obrazının həyatını real həyatda yaşadı.
Voicepress.az 3 “Oskar”lı aktyorun obrazlarına hazırlanmaq üçün ağıla gəlməz metodlarını təqdim edir:
“Mənim sol ayağım” (My Left Foot 1989): Serebral iflic obrazı canlandırdığı üçün əvvəla əlillər üçün reabilitasiya mərkəzində zaman keçirən aktyor, bir neçə fiziki məhdudiyyətli insanlarla ünsiyyətdə olub. Çəkilişlərdə fasilə zamanı belə obrazdan çıxmır, obrazının adı ilə çağrılmasını istəyir. Yaradıcı heyət onu əlil arabasında gəzdiri və yemək yedizdirirdilər. Onu da qeyd edək ki, sözügedən filmin çəkilişləri zaman aktyorun iki qabırğası qırılıb.

“Mogikanların sonuncusu” (Last of the Mohicans 1992): Çəkilişlərə bir neçə ay qalmış Daniel, öz ovladığı heyvanları yeyirdi. Heyvanların dərisini soymağı öyrənir, özü kanoe düzəldir, eyni zamanda silahlardan istifadə etməyi öyrənmişdi. Çəkilişlərdə istifadə olunan tüfəngini hara getsə özüylə birlikdə aparırdı.

“Məsumiyyət dövrü” (The Age of Innocence 1993): 2 ay Nyu-Yorkda, obrazı kimi 1870-ci illərin centilmeni kimi geyinib, gəzir və qaldığı bir mehmanxanada öz adını yox, obrazının adı ilə qeydiyyatdxan keçirdi.

“Atanın adına” (In the Name of the Father 1993): İrland ləhcəsini öyrənən aktyor, günahsız yerə həbsə atılan adamı canlandırdığı üçün istifadə olunmayan bir həbsxanada qalır, dost-tanışıyla əlaqəni kəsir ki, obrazının tənhalığını hiss edə bilsin. Sorğu səhnəsindən əvvəl iki gün yatmır. Həmçinin 14 kilo arıqlayır.

“Crucible” (The Crucible 1996):Filmin çəkilişlər boyu yuyunmağı rədd edir, 17-ci əsrin gigiyena qaydalarına uyğun olaraq yaşayır. Obrazının qaldığı evin setdə tikilməsinə kömək edir, həmin dövrün həyat şəratinə uyğun olaraq, elektrikin olmadığı, suyun gəlmədiyi bir evdə yaşayır.

“Boksçu” (The Boxer 1997): Filmdə bokçsu obrazını yaratmaqa üçün 18 ay boks məşqinə gedib.

“Nyu York dəstələri” (Gangs of New York 2002): Obrazı təbii canlandıra bilmək üçün üçün qəssablığı öyrənir. Çəkiliş meydançasında özü kimi yox, obrazı kimi davranır, Nyu-York ləhcəsiylə danışır və filmdə cərəyan edən hadisələrinkeçdiyi dövrün paltarlarını geyinir. Bunun nəticəsində aktyor pnevmoniya olur.

“Cek və Rouz haqqında ballada” (The Ballad of Jack and Rose 2005): Həyat yoldaşı Rebecca Miller (Rebecca ilə Daniel “The Crucible” filminin setində tanış olmuşdular. “Crucible”, Rebeccanın atası, Arthur Millerin əsəri əsasında çəkilib) çəkdiyi filmin baş rolunda Danielin oynaması istəyir. Daniel də həyat yoldaşının təklifini qəbul edir və bunun üçün bir daha başqa evə köçür ki, obrazının tənhalığını hiss edə bilsin.

“Qan çıxacaq” (There Will be Blood 2007): Aktyor Kel O’Neill, Daniel ilə tərəf müqabili ola bilməyəcəyini düşünür və bu səbəbdən onu Day Lewisin məsləhəti ilə Paul Dano əvəz edir. (Daniel, daha əvvəl Paul ilə “Cek və Rouz haqqında ballada” filmində işləmişdi). Day-Lewis, obrazına hazırlanmaq üçün neft hasılatı tarixini öyrənib. Filmdəki bəzi səhnələri özü improvizasiya edib. Filmdə oynama səbəbi isə rejissorun daha əvvəlki işi, baş rolunda Adam Sandlerin oynadığı “Punch-Drunk Love” filminə olan heyranlığı idi.

“Linkoln” (Lincoln (2012): Əvvəl çəkildi “Nine” filmində bütün çəkiliş boyu italyan ləhcəsində danışan aktyor, bu dəfə Lincolnun səsi və diksiyasının nə cür olduğunu araşdırıb və çəkiliş boyu heç vaxt öz ləhcəsi ilə danışmayıb. Filmdə aktyorun oğlunu oynayan Joseph Gordon-Levittin dediyinə görə hamı ona setdə “Cənab Prezident” deyə müraciət edirdi. Filmdəki ifasıyla üçüncü dəfə “Ən Yaxşı Aktyor” Oskarını qazanır, bununla da bu kateqoriyada ən çox “Oskar” qazanmış aktyor kimi tarixə düşür.
Ümümilikdə Day-Lewisin oynadığı filmlərin yeddisi “Ən Yaxşı Film” Oskarına namizəd olub: Gandhi (1982), A Room with a View (1985), My Left Foot (1989), In the Name of the Father (1993), Gangs of New York (2002), There Will Be Blood (2007), Lincoln (2012).
Rövşən Abbas \voicepress.az\







