İraq şiələri İsrailə kiberhücum etdi

21 Aprel, 09:43

İsrailin Hava Limanları İdarəsi də daxil olmaqla bəzi internet saytları iraqlı şiə qruplaşmasının kiberhücumuna məruz qalıb.

Voicepress.az İsrail mediasına istinadən xəbər verir ki, İsraildəki Hava Limanları İdarəsi də daxil olmaqla bəzi internet saytlarının, o cümlədən İsrail İctimai Yayım Korporasiyası (KAN) və Kanal9-un kiberhücuma məruz qaldığı  bildirilib.

Hücum nəticəsində Hava Limanları İdarəsinin fəaliyyətinin dayandırıldığı bildirilib.

Hücumun İranı dəstəkləyən və özlərini “ALtahrea Komandası” adlandıran İraq şiə qruplaşması tərəfindən törədildiyi iddia edilir.

Bildirilib ki, hücum İran İnqilab Keşikçiləri Ordusunun Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin öldürülməsinə cavab olaraq həyata keçirilib.

Xatırladaq ki, 2020-ci ilin yanvarında ABŞ SİHA ilə Bağdad Hava Limanında Qüds Qüvvələrinin komandanı Süleymani və Haşd əl-Şaabi vitse-prezidenti Əbu Mehdi əl-Mühəndisin maşın karvanına MQ-9 adlı hava hücumu həyata keçirmişdi.

\voicepress.az\