Türk tədqiqatçılar miqrenin qarşısının alınmasında istifadə edilən dərmanların və bəzi qidalarda olan maddələrin bədəndəki SULT fermentini basdıraraq xəstəlik hücumlarına səbəb ola biləcəyini, miqrendə yeni müalicə variantlarının tətbiqinə zəmin hazırladığını aşkar ediblər.
Voicepress.az NTV Haber-ə istinadən xəbər verir ki, Qazi Universiteti Tibb Fakültəsi Nevrologiya Fundamental fakültəsinin üzvləri professor Dr. Hayrunnisa Bolay və Dr. Doğa Vurallının rəhbərliyi ilə aparılan və miqren tutmalarına səbəb olan mexanizmi ortaya çıxaran araşdırma “The Journal of Headache and Pain”də dərc olunub.
Migrenin dünya səviyyəsində 50 yaşın altındakı insanlar arasında ən çox rast gəlinən beyin xəstəliyi olduğunu ifadə edən Bolay, bunun genetik meyllilyi olan insanlarda ətraf mühit faktorları, yuxusuzluq, stress və hormonal dəyişikliklərin səbəbləri tətiklədiyini bildirib.
Miqren tutmalarının səbəb olduğu, hərəkətlə artan orta və yüksək şiddətli ağrıların iştahsızlıq, ürəkbulanma və qusma ilə müşayiət oluna biləcəyini ifadə edən Bolay, bunun insanın həyat keyfiyyətinə mənfi təsir göstərdiyini qedy edib.
Bəzi faktorların miqren tutmalarının xroniki hala gəlməsinə səbəb olduğunu izah edən Bolay, “Tumalar xroniki hal aldıqda günaşırı və yaxud da hər gün baş ağrıları meydana gəlir. Bu vəziyyətdə xəstələr hər gün ağrıkəsici qəbul etməyə başlayırlar. Bu dərmanlar ağrılardan xilas olmaq üçün istifadə olunsa da zamanla hücumları və ağrıları tətikləməyə başlayır: “İltihab əleyhinə dərmanların miqren tutmalarını tətikləmə mexanizmini və bəzi qidaların bu nöqtəyə təsirini araşdırdıq”.

Qəbul edilən bəzi kimyəvi maddələrin və dərmanların eyni ferment vasitəsilə xaric edilə bildiyinə diqqət çəkən Bolay, araşdırması ilə bağlı bu məlumatları verdi:
“Orqanizmdən alınan antiinflamatuar dərmanların xaric olmasını təmin edən sulfotransferaza (SULT) ferment qrupu var. Dərmanlar xaric olarkən bu fermentin fəaliyyətini boğur. Bu vəziyyətin miqren ağrısını xroniki hala gətirə biləcəyini göstərdik. Ağrını kəsmək əvəzinə ağrıya səbəb ola bilər.”
Araşdırmanın nəticələri çərçivəsində yeni müalicə variantlarının qiymətləndirilə biləcəyini qeyd edən Bolay, “Dərman istifadə edən xəstələrə SULT fermentinin atılması mümkün olan qidaların siyahısı verilir və xəstələrdən onları diqqətlə istehlak etmələri istənilir. Siyahıdakı 2-3 qidanı eyni anda istehlak etməmələri istənilə bilər.Eyni zamanda gələcək üçün yeni bir müalicə hədəfi də araşdırmaya daxil edilir” deyib.

Dr. Vurallı araşdırmanın dərmanlar və bəzi qidalardakı maddələrin birgə mexanizmə malik olduğunu və miqren ağrılarının artırıcı təsirə malik olduğunu ortaya çıxardığını vurğulayıb.
Migren tutması keçirən xəstələrin həddindən artıq ağrıkəsici istifadə etməmələri lazım olduğunu qeyd edən Vurallı, “Xəstələr həddindən artıq ağrı kəsici istifadə edərlərsə, müalicəni dərhal dayandırırıq. 4-6 həftə müddətində mümkün olduğu qədər heç bir ağrı kəsici istifadə etməmələrini tövsiyə edirik. Çünki müəyyən müddətdən sonra xəstələr dərman qəbul edirlər. Faydasını görmək əvəzinə zərərini görməyə başlayır və miqrenli günlərin sayı artır”.
Şokoladdakı quercetin və katexin, sitrus meyvələrindəki hesperidin, qəhvədəki kofeik turşular kimi maddələrin SULT fermentini basdıra bildiyinə diqqət çəkən Vurallı, “Xəstələr yediklərihansı qidanın mənfi təsirə səbəb olduğunu ən yaxşı özləri bilir. Ona görə də onlara miqren ağrılarını tətikləyən qidalardan uzaq durmalarını tövsiyə edirik”.
\voicepress.az\








