45 dil bilən xalça təmizləyən – Alimlər beynini araşdırır

9 Aprel, 11:44

8 dili ana dili kimi, 16 dildə hardasa qüsursuz, danışan bildiyi dillərin sayı ümumilikdə 45-ə çatan amerikalı xalça təmizləyən Vaughn Smitin beyni alimlər tərəfindən nəzarətə alınıb.

 Voicepress.az Vaşinqton Post-a istinadən xəbər verir ki, ABŞ -ın paytaxtı Vaşinqtonda yaşayan 46 yaşlı Vughn Smit hər gün ev-ev dolaşıb  ləkəli xalçaları təmizləyir. Müştərilər ondan çox məmnundur. Çünki ən çətin ləkələrin belə öhdəsindən gəlir. Təmizlik xidməti qarşılığnda saatda təxminən 20 dollar qazanır.

Smitin yaxın çevrəsi xaricində heç kimin bilmədiyi bir xüsusiyyəti var. Smit 8 dildə ana dili kimi axıcı danışa bilir. Bu dillər ingilis, İspan, bolqar, çex, portuqal, rumın, rus və Slovak dillərdir.  Amma Smitin dil biolgisi bununla kifayətlənmir. Ümumilkdə 45 dilir və bunlardan 24 dildə ünsiyyət qurub, söhbətlər edə bilir. 8 ayrı əlifbanı oxuyub yaza bilir. İtalyan, Fin və Amerika işarə dilində hekayələr danışa bilir. Meksikada nahuatl və Montanada saliş hindlilərinin dilini öyrənməyə çalışır. Onun holland və katalan aksentləri o qədər uğurludur ki, hətta bu dillərdə danışanları belə təəccübləndiri.

Birdən artıq dildə danışan insanlara poliqlot deyilir. Smit kimi  üçdən çox dildə danışan insanlar isə hiperpoliqotlar adlanır və belə insanlar çox nadirdir. Hiperpoliqot olmaq üçün 11 dil bilmək lazımdır. Smit isə 45 dil bilir. Onun bu bacarığı alimlərin marağına səbəb olub. Və artıq 330 gündür ki, Smitin beyni ABŞ-ın ən nüfuzlu üniversitetlərindən olan Massaçusets Texnologiya İnstitutunun (MIT) tərkibindəki Beyin və Koqnitiv Elmlər Laboratoriyasında araşdırılır.

\voicepress.az\