Azərbaycanlı millət vəkilinin təəccüb doğuran çıxışı: “10 milyon Ərdoğan üçün gələcək”

8 Aprel, 09:53

“Seçkidə bizə qoşulun desələr, Ərdoğana 10 milyon səs hazırdır, Ərdoğan bizim qəhrəmanımızdır”

Voicepress.az xəbər verir ki, bu sözləri azərbaycanlı millət vəkili Anar İskəndərov,  TMB TV-də jurnalist Serkan Aksarının hazırlayıb təqdim etdiyi “Son əvvəl” verilişində çıxışında söyləyi.  Anar İskəndərov Türkiyə Prezident Ərdoğanla bağlı diqqətçəkən açıqlamalar verib. Ərdoğanın Azərbaycanın qəhrəmanı olduğunu bildirən İskəndərov, “Mənim bir cümləm var. Azərbaycandan gəlib səs ver desələr, 10 milyon Ərdoğanın yanında olacaq. Təbii ki, belə olmazdı, amma belə bir şey olsaydı, 10 milyon Ərdoğan üçün gələcək” deyib.

Millət vəkili mövzu ilə bağlı sözlərini belə davam etdirib: “30 ildən sonra Qarabağı aldıq. Qarabağın işğaldan azad edilməsi Əliyevin və Türkiyə Cümhuriyyətinin prezidenti Ərdoğanın sayəsində oldu. Əliyev kimi Ərdoğan da bizim qəhrəmanımızdır”.

Qeyd edək ki, proqrama hüquqşünas Hikmət Öməroğlu, Yeni Azərbaycan Partiyasının millət vəkili Elman Nesirov və AK Partiya İstanbul İl İntizam Komitəsinin sədr müavini Əhməd Aydın da qatılıb.

Günel Musa\voicepress.az\