“Erməni mövqelərinin Qaraqluxdan çıxarılması böyük səhvdir”.
Voicepress.az xəbər verir ki, bunu martın 28-də jurnalistlərə müsahibəsində “Ermənistan” blokunun parlament fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan deyib. Onun sözlərinə görə, Erməni mövqelərinin Qaraqlux və ona bitişik ərazilərdən çıxarılması Ermənistan tərəfinin maraqlarından irəli gəlmir:
“Azərbaycan hiyləsinin nə olduğunu başa düşməyən insanlara təəccüblənirəm. Onlar həmişə toqquşmalardan sonra döyüş əməliyyatlarını dayandırmağı tələb edəndə yenidən toplanaraq yeni təxribatlara əl atırdılar.
Bu mənada 100 faiz əmin olmadan belə bir addım atmağa ehtiyac yox idi. Üstəlik, Fərrux kəndi və Əsgəranın Xramort kəndi (Xocalının Pirlər kəndi) sərhəd yaşayış məntəqələridir.
Ermənilər mövqeləri tərk etməməliydi. Bu, böyük səhvdir”, – deyə o bildirib.
Ülkər Fərmanqızı \voicepress.az\








