Rusiyalılar qış turizmi üçün Azərbaycanı seçirlər.
Bunu “Tutu.ru” onlayn-xidmətin apardığı təhqiqatın nəticələri göstərir.
Analitiklərin fikrincə, koronavirus pandemiyasına qədər rusiyalıların əksəriyyəti qış turizmi üçün Tailandı seçirdilər, indi isə yaxınlıq yerləşən ölkələrə maraq artıb.
Məsələn, turistlərin 18,7 faizi Qırğızıstana, 12,4 faizi Özbəkistana üstünlük verir. Bu göstərici üzrə lider ölkələrin ilk beşliyində, həmçinin Tacikistan və Moldovanın da adları çəkilir. Bundan başqa, Azərbaycan, Tailand, Türkiyə və Şri-Lanka da populyar ölkələr sırasında yer alıb.
Mütəxəssislər tədqiqat üçün 2021-ci il dekabrın 1-dən 2022-ci il martın 1-dək təyyarə biletlərinin qabaqcadan sifariş olunması barədə məlumatları təhlil ediblər. Bu halda yalnız səfərin minimal müddəti 21 gün olan “oraya və geri” istiqamətli biletlər hesaba alınıb.








