Aİ Şimali Makedoniya və Albaniyanın bloka üzv kimi qəbul olunmasına dair müzakirələrə başlayır

24 Mart, 20:31

Avropa İttifaqı (Aİ) Şimali Makedoniya və Albaniyanın bloka üzv kimi qəbul olunması ilə bağlı müzakirələrə başlayır.

VOICEPRESS-in xəbərinə görə, bu barədə Aİ-nin Qonşuluq siyasəti və Genişlənmə üzrə Komissarı Oliver Varheyli “Twitter” hesabında bildirib.

“Şadam ki, bu gün Aİ-yə üzv olan ölkələr Albaniya və Şimali Makedoniya ilə üzvlük danışıqlarının başladılması ilə bağlı siyasi razılaşma əldə etdilər. Hər iki ölkəni ürəkdən təbrik edirəm. Bu, Qərbi Balkanlar üçün aydın bir mesajdır: Sizin gələcəyiniz Avropa İttifaqındadır”, – deyə Aİ Komissarı qeyd edib.