Türkiyədə koronavirusda (Kovid-19) ikinci ölüm faktı qeydə alınıb.
VOİCEPRESS xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca jurnalistlərə açıqlamasında deyib.
Nazir həyatını itirən xəstənin 61 yaşlı kişi olduğunu bildirib:
“93 virusa yeni yoluxma halı qeydə alınıb. Bununla da ümumi xəstələrin sayı 191-ə çatıb. Təhlükənin qarşısını birlikdə alaq!”.








