Əsli Kazımova: “Azərbaycanın İlham Əliyev kimi sərkərdəsi, Ali Baş Komandanı olması tezliklə torpaqlarımızı işğaldan azad ediləcəyinin qarantıdır!”

26 Fevral, 02:02

“Bu gün Xocalı Soyqrımının 28 ci il dönümünü yaşayırıq”.  Bunu VOİCEPRESS-ə açıqlamasında  ASRP-nin sədr müavini, iqtisadçı Əsli Kazımova  Xocalı Soyqrımı ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, Xocalı Soyqrımını dünya miqyasında duyurulması üçün sadəcə bir günlə kifayətlənməməliyik: “Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevanın “Xocalıya Ədalət” kampaniyası əslində hər kəsə nümunə oldu. “Xoclıya Ədalət”  kampaniyası hər kəsə Azərbaycan həqiqətlərini duyurmaqla bərabər, ölkəmizin hüdudlarını belə aşdı. Başqa-başqa millətlərə erməni məkirliyini anlatdı.

“Xocalıya Ədalət” kampaniyası mənə saədə 26 fevral tarixini deyil, ilin hər bir günü erməni məkirliyini ifşa etmək üçün Xocalı günü kimi qeyd etməyi öyrətdi. Bilirsiniz, hətta bununla bağlı mənim iki kitabımda işıq üzügördü. Hələ çox çalışmalıyıq. Torpaqlarımız hələ də işğal altındadır.

Cənab Prezidentin bu yaxınlarda Ermənistan Prezidentini sözün əsl mənasında dalana dirəməsi, hətta  Ermənistan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı. Bu hadisədən dərhal sonra bir sıra Ermənistan siyasiləri və şərhçiləri sosialşəbəkələrdə  “ Paşinyan sən sıfırsan!” deyə  fikirlər ifadə edirdilər.  Cənab Prezident  nüfuzunu çoxdan itirmiş, müstəqilliyini Rusiyaya satmış və heç bir qərar qəbul edəbiləcəkgücdə olmayan Ermənistanı publik şəkildə ifşa etdi.

Hesab edirəmki, bu böyük siyasi uğur idi. Sonda Cənab Prezidentin Qarabağla bağlı fikri ilə ifadəmi bitirmək istəyirəm: Qarabağ Azərbaycandır!

Xocalıda qətlə yetirilən bütün soydaşlarımıza Allahdan rəhmət diləyirəm! Azərbaycanın Cənab Prezident İlham Əliyev kimi sərkərdəsi, Ali Baş Komandanı olması tezliklə torpaqlarımızı işğaldan azad ediləcəyinin qarantıdır!”