“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 25-də Azərbaycana səfər edəcək”.
VOICEPRESS-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
Səfir qeyd edib ki, Türkiyə Prezidentinin səfəri bir gün davam edəcək, səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub.








