31 saylı Suraxanı II Seçki Dairəsinin üç məntəqəsində yerli və beynəlxalq müşahidəçilər səsvermə prosesini izləyir

9 Fevral, 16:34

31 saylı Suraxanı İkinci Seçki Dairəsinin 14 saylı seçki məntəqəsində səsvermə prosesi davam edir. VOİCEPRESS-in xəbərinə görə, səsvermə prosesini xarici və yerli müşahidəçilər izləyirlər.

Seçki Dairəsinin 5 saylı seçki məntəqəsində isə 10-a yaxın yerli müşahidəçi var.

31 saylı Suraxanı 2-ci seçki dairəsinin 7 saylı seçki məntəqəsində isə səsvermə prosesini xarici müşahidəçilər – MDB-dən Nikolay Pastuxov, Sergey Tarasov izləyirlər. Bundan başqa, məntəqədə 20-ə yaxın yerli müşahidəçi də var.