“Süleymani işi” böyüyür – NATO İraqdakı hərbi təlimləri dayandırdı

4 Yanvar, 17:22
NATO Secretary General Jens Stoltenberg views NATO Training Camp Base-Iraq activities at Camp Besmaya, Iraq, March 5, 2018. Stoltenberg greeted NATO trainers and Iraqi troops while touring the facilities

NATO ABŞ hava hücumlarından sonra ölkədə artan qeyri-sabitlik səbəbindən İraqdakı hərbi təlim işini dayandırıb.

VOİCEPRESS-ın yaydığı xəbərə görə, alyansın qərargahı bu qərarı “ABŞ-ın hava hücumlarından sonra ölkədə sabitliyin pozulmasının güclənməsi” ilə izah edib.

Xəbərdə bilidirilir ki, NATO-nun İordaniyadakı təlimçiləri 2015-ci ildən bəri İraq zabitlərinə təlim keçirlər. Hazırda NATO-nun İraqdakı hərbi təlimlərdə NATO ölkələri və tərəfdaş ölkələrdən, xüsusilə İsveç və Finlandiyadan 500-ə yaxın təlimatçı və məsləhətçi var.

Qeyd edək ki, yanvarın 3-də ABŞ hücumu nəticəsində SEPAH generalı Qasım Süleymani öldürülüb. Bu, bölgədə gərginliyin daha da artmasına səbəb olub.