Panama həbsxanasında məhbuslar arasında davada 11 nəfər ölüb, 11 nəfər yaralanıb

18 Dekabr, 11:40

Panamanın şərqində yerləşən Hoyita həbsxanasında məhkumlar arasında kütləvi dava düşüb.

VOİCEPRESS RİA Novosti-yə istinadən xəbər verir ki, qarşıdurma nəticəsində 11 nəfər ölüb. 11 yaralanıb.

Ölənlər və yaralananlar arasında həbsxana və polis əməkdaşlarının olmadığı bildirilir.

Hazırda həbsxanada vəziyyət stabilləşib, polis nəzarəti ələ alıb.

Hadisə ilə bağlı araşdırma başlanılıb.

VOİCEPRESS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here