Rusiya və Azərbaycan yaxınlaşmasından ehtiyat edən Ermənistan

4 Dekabr, 18:30

Rusiya Azərbaycan arasındakı son qarşılıqlı səfərlərin keçirilməsi Ermənistanı olduqca narahat edir. Erməni mətbuatı Rusiya və Azərbaycan Xarici İşlər Nazirlərinin görüşündən sonra Sergey Lavrovun Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı Azərbaycandan Ermənistana səslənərək, “Dağlıq Qarabağ məsələsinin həlli birmənalı olaraq Dağlıq Qarabağ sakinləri tərəfindən qəbul olunan və onların təhlükəsizliyi nəzərə alınaraq öz həllini tapmalıdır” deyə vurğulayıb.

Bu fikri isə Ermənistan tərəfi Rusiyanın Azərbaycandan Ermənistana verilmiş ultimatumu olaraq qarşılayıb. Belə ki, erməni mətbuatı iddia edir ki, Lavrovun bu fikrinə əsasən Dağlıq Qarabağ sakinləri deyildiyində, Azərbaycanda məskunlaşmış Qarabağ qaçqın və məcburi köçükünləri də, nəzərdə tutulur. Belə olan halda, Rusiya rəsmisinin sözləri Ermənistana yönəlik bu kimi mesajının görəsən 4 dekabr 2019 cu il tarixində Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlərinin Bratislavada gözlənilən görüşünə necə təsir bağışlayacaq?

Qeyd edək ki, Nikol Paşinyan bu günlərdə çıxışında qeyd etdi ki, Ermənistanda inqilabdan sonrakı dövr başa çatıb. Hazırda Ermənistan rəhbərliyi təhlükəsizlik baxımından daha strateji addımlar atmağa hazırlaşır. Bu çıxışın ardından Lavrovun Ermənistana Azərbaycandan səslənməsi Rusiaynın izni olmadan Ermənistan heç bir strateji və stratejisiz addım ata bilməməsi ilə bağlı üstü bağlı xatırlatma idi.

Rusiya və Azərbaycan yaxınlaşmasından ehtiyat edən Ermənistan qeyd edir ki, Rusiya rəhbərliyi Ermənistanın Türk faktorundan qorunmaq üçün onlara gərəkli dəbilqə rolunu oynadığını heç bir zaman unutmamalıdır. Bu fikir isə sözsüz ki, Lavrova hər hansısa, bir müraciət edəndə, Türk faktorunu nəzərə almağı tövsiyə edən bir məğzə dayanır.

Türkiyə Rusiya münasibətlərinin inkişafından daha çox tədirgin olan Ermənistan isə, son zamanlar Ermənistanın Türkiyənin Suriyadan sonrakı layihəsi olduğunu iddia etməklə, Rusiya və Türkiyə arasında qarşıdurma yaratmaq üçün niyyətini açıq aydın ortaya qoymağa davam edir.
Azərbaycanın Birinci Vitse Prezidenti xanım Mehriban Əliyevanın ötən gün çıxışlarının birində “ Mən muğamı Qarabağda dinləməyi arzu edirəm” kimi fikir söyləməsi isə ermənilər tərəfindən birmənalı qarşılanmayıb.

Erməni mətbuatı Mehriban xanımın bu sözlərini kübar şəkildə ermənilərə qarşı səsləndirilmiş bir təhdid olaraq dəyərləndirib. Yəni Mehriban xanım şüuraltı soydaşlarına “Qarabağı arzulayın!” mesajını vermiş olmaqla yanaşı, Azərbaycanda aparılan köklü islahatların, heç bir şəkildə ölkənin ərazi bütövlüyünə dair aparılan siyasəti dəyişməyəcəyinin təminatı olaraq şərh edilir.

Bir sıra erməni mətbuatı isə xanım Mehriban Əliyevanın “Qarabağda muğam dinləməyi arzulayıram!” kimi fikrini şərh edərkən bunun daha öncəki Azərbaycanın siyasi yanaşmasından fəqrli olduğunu iddia ediblər. Guya Azərbaycan daha öncəki mesajlarında erməniləri hədə qorxusu etmək yanaşı, Azərbaycanlıları müharibəyə səsləyirdilərsə, xanım Mehriban Əliyeva bu çağırışlardan fərqli olaraq, Qarabağı arzulamağa çağırış edib… Belə olan halda Azərbaycanın təhdit dilindən “arzulamağa dəvət”ə keçid dili kimi şərh edən Ermənistan mətbuatı bunu Lavrovun Ermənistana yönəlik mesajı ilə qarşılaşdırıb.

Ülkər Fərmanqızı
VOİCEPRESS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here