Türkiyədə əhali küçələrə axışdı

6 Dekabr, 22:00

Türkiyədə əhali küçələrə axışdı

Türkiyənin Ağrı və Bingöl vilayətində ard-arda zəlzələ baş verib.

VOICEPRESS xəbər verir ki, axşam saatlarında Ağrının Tutak mahalında 3.5 bal gücündə zəlzələ qeydə qalınıb. Qısa müddət çaxnaşmaya səbəb olan zəlzələ yerin 9 kilometr dərinliyində olub və qonşu bölgələrdə də hiss edilib. Bundan bir müddət sonra sözügedən bölgədə 3.1 bal gücündə yenidən zəlzələ baş verib.

Daha sonra Bingöldə də zəlzələ qeydə alınıb. Burada isə zəlzələnin gücünün 3.1 bal gücündə olduğu bildirilib.

Təbii fəlakət nəticəsində xəsarət alanın olub-olmadığı barədə məlumat verilməyib.

VOICEPRESS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here