Rusiyanın xalq artisti həkimə bıçaqla hücum etdi

    29 Sentyabr, 10:10

    Rusiyanın xalq artisti həkimə bıçaqla hücum etdi

    Rusiyanın xalq artisti, teatr direktoru və müəllim Leonid Xeyfets təcili yardım həkiminə bıçaqla hücum edib.

    VOİCEPRESS bildirir ki, bu barədə “112 Telegram” kanalı məlumat yayıb.

    Kanal mənbələrinin verdiyi məlumata görə, Xeyfets küçəyə qaçmaq istəyərkən həyat yoldaşı onun qarşısını almağa çalışıb. Bu zaman çağırılan təcili tibbi yardım özünü çatdırıb. Rejissor pilləkəndə olan tibb işçisinə hücum edib. Hücumun səbəbinin kəskin psixoz olduğu güman edilir.

    Bildirilir ki, sağ budundan bıçaqlanan həkim xəstəxanaya yerləşdirilib.

    REN TV-nin məlumatına görə, həkim pilləkəndə direktorun təzyiqini ölçməyə çalışıb və hadisə də həmin vaxt baş verib.

    VOİCEPRESS

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here