ABŞ-dan Rusiyaya qarşı yeni sanksiyalar

28 Sentyabr, 02:20

ABŞ-dan Rusiyaya qarşı yeni sanksiyalar

ABŞ Rusiyanın bir şirkətinə, üç vətəndaşına və beş gəmisinə sanksiya tətbiq edib.

VOİCEPRESS “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, sanksiyalar Suriyada fəaliyyət göstərən Rusiya hərbçilərinə aviasiya yanacağının göndərilməsini təmin etmək üçün yaradılan sxemdə iştiraka görə tətbiq edilib.

Xüsusilə “qara siyahı”ya Rusiyanın “Maritaym Assistans” MMC (“Maritime Assistance” LLC) şirkəti salınıb. Onun sanksiyalara məruz qalan “Sovfraxt” (“Совфрахт”) şirkəti ilə əlaqəli olduğu bildirilir.

VOİCEPRESS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here