Tanınmış tarixçi alim Ədalət Tahirzadə 1933-1953-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş Mircəfər Bağırovu ifşa edən sənədin fotoşəklini yayıb.
VOİCEPRESS.AZ-ın məlumatına görə, Ədalət Tahirzadə bildirib ki, bu sənəd Mircəfər Bağırovun 1937-ci ildə Azərbaycan vətəndaşlarına qarşı apardığı repressiya siyasətini sübut edir:
“Mircəfər Bağırov 9 iyul 1937-ci ildə SSRİ rəhbəri Stalinə məktub göndərərək, minlərcə insanın tutulub məhv edilməsinə icazə istəyir!”.
Tarixçi alim M.Bağırovu sevənləri bu sənədə baxmağa çağırıb.

VOİCEPRESS.AZ







