BƏƏ-nin energetika naziri Qətərin OPEC-dən çıxmasını şərh edib

4 Dekabr, 18:01

“Düşünmürəm ki, Qətərin OPEC-dən çıxması OPEC+ sazişinin gələcək taleyinə və ya neft istehsalının səviyyəsinə təsir edəcək”.

VOİCEPRESS.AZ xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Suheyl əl-Mazrui deyib.

Onun sözlərinə görə, Qətərin hazırkı neft hasilatı səviyyəsi az olduğundan təşkilata təsir qüvvəsi o dərəcədə deyil.

Qeyd edək ki, dünən Qətərin enerji işləri üzrə dövlət naziri Səəd bin Şrida əl-Kəəbi 57 ildir OPEC üzvü olan Qətərin 2019-cu il yanvarın 1-dən təşkilatdan ayrılacağını açıqlayıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here