Azərbaycanlı gənc riyaziyyatçının sorağı Estoniya universitetindən gəldi

29 Noyabr, 16:44

Nobel mükafatının bu günə qədər riyaziyyat elmindən başqa bütün sahələri təmsil edən elm adamlarına verilməsinə baxmayaraq, riyaziyyat elmi bütün elmlərin təməl daşı olaraq qalır. Azərbaycan elm adamlarının isə riyaziyyat üzrə Avropa ölkələrinin riyaziyyat mütəxəssisləri ilə müzakirə etməsi, məncə Azərbaycan elminin inkişafı kimi qiymətləndirilməlidir.

Belə ki, Estoniyanın Tartu Riyaziyyat və Statistika Universitetinin direktor muavini, Professor Mərt Poldever və doktor Rainis Haller Azərbaycan Respublikasının Elmin İnkişaf Fondunun layihə qalibi, Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitunun elmi işçisi, xanım Aida Quliyeva (Tağıyeva)nın “Dəyişən dərəcəli çəkili Lebeq fəzalarında ikiqat eksponent sisteminin tamlığı” adlı mühazirəsinə qulaq asmışlar. Mühazirədən məmnun qalan Estoniya riyaziyyat mütəxəsssisləri Azərbaycanın yüksək elmə malik elm adamlarının olmasının onlar üçün böyük sirr olaraq qalmasını dilə gətiriblər.

Daha sonra təkbətək görüşlə davam edən seminar çərçivəsində riyazi sahə üzrə müəyyən müzakirələr aparılıb.

Xatırladaq ki, Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Elm İnkişaf Fondu tərəfindən dəstəklənir.

Bir daha qeyd edək ki, son zamanlar mexanika və riyazi fizikanın məsələlərində tətbiqlə əlaqədar olaraq, ənənəvi olmayan funksiyalar fəzalarına olan maraq xeyli artmasını nəzərər alaraq, Azərbaycanlı riyaziyyatçı Aida Quliyeva ( Tağıyeva)nın elmi fikirləri eston riyaziyyatçılarının böyük marağına səbəb olub.


Ü. Fərmanqızı

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here