İrandakı zəlzələdə yaralı sayı 550 nəfərə çatdı

26 Noyabr, 08:35

İranda baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 550 nəfərə çatıb.

VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə İran telekanalları məlumat yayıb.

Ölkənin Kermanşah vilayətində 20-dən artıq təkrar təkan qeydə alınıb. Bu gün vilayətdə məktəb və universitetlər fəaliyyət göstərməyəcək.

İranın İraqla sərhəddə yerləşən Kermanşah vilayətində 6,4 bal gücündə baş verən zəlzələ qonşu ölkədə də böyük həyəcana səbəb olub. Bəzi sakinlər evlərini tərk ediblər. Təşvişə düşərək yüksəklikdən tullanan 1 nəfər ölüb, daha 45 nəfərin yaralandığı bildirilir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here