VOİCEPRESS.AZ-ın verdiyi xəbərə gğrə, məsələ ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, saxlanılan şəxslərin qaytarılması və ya dəyişdirilməsi Beynəlxalq Qırmızı Xaç Komitəsinin səlahiyyətində olan məsələ deyil:
“Saxlanılan şəxslərin qaytarılması və ya dəyişdirilməsilə bağlı qərar sırf saxlayan tərəflərdən asılı məsələdir”.
2014-cü il iyul ayında əslən Kəlbəcərdən olan Dilqəm Əsgərov və Şahbaz Quliyev işğal altında qalan ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər.
Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində “məhkəmə” qurulub.
“Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. Onlar Şuşa türməsində saxlanılır. Həmin yerdə daha bir Azərbaycan vətəndaşı – Elnur Hüseynzadə də girov saxlanılır.
VOİCEPRESS.AZ






