Prezident sərəncam imzaladı

16 Noyabr, 20:30

Azərbaycan prezidenti İlham Əliyev “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

VOİCEPRESS.AZ xəbər verir ki, Təhsil Nazirliyinə bu sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirmək, habelə Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

Nazirlər Kabineti isə bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here