Azərbaycanın İsveç, Norveç və Finlandiyadakı səfiri geri çağırıldı – SƏRƏNCAM

12 Noyabr, 18:10

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İsveç Krallığında, eyni zamanda Norveç Krallığında və Finlandiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

VOİCEPRESS.AZ-ın məlumatına görə, sərəmcamda deyilir:

“Adış Sakit oğlu Məmmədov Azərbaycan Respublikasının İsveç Krallığında, eyni zamanda Norveç Krallığında və Finlandiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın”.

Qeyd edək ki, Adış Məmmədov 2013-cü il 12 avqust tarixində Azərbaycan Respublikasının İsveç Krallığında, eyni zamanda Norveç Krallığında və Finlandiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdu…

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here