Qərargah: Sürüşmənin sol hissəsində yeni çatlar qeydə alınıb

21 Oktyabr, 18:42

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargah Badamdar qəsəbəsində sürüşmə sahəsindəki son vəziyyətlə bağlı məlumat yayıb.

Qərargahdan VOİCEPRESS.AZ-a verilən məlumata görə, sürüşmə zonasında saat 18:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır: “Sürüşmənin yuxarı hissəsində kəsilmiş yamacda uçqun-töküntu prosesi və qruntun lokal sahədə yerdəyişməsi müşahidə edilir. Sürüşmənin sol hissəsində toplanmış qrunt kütləsində yeni çatlar qeydə alınıb”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here