Bakıda tanınmış türk şairi Səbri Quşqonmazın “GECƏDƏN GÜNDÜZƏ” şeirlər kitabının imza günü keçiriləcək.
VOİCEPRESS.AZ-ın verdiyi xəbərə dörə, Yazıçılar birliyində təşkil olunacaq tədbir oktyabrın 12-si saat 14:00-da yazar Səbri Quşqonmaz bəyin və kitabın redaktoru və tərcüməçisi Nazilə Gültacın iştirakı ilə baş tutacaq.
Səbri Quşqonmaz 1962 ci il 15 martda Muğlanın Fəthiyə şəhərində doğulub.
İstanbul Universitetində hüquq fakultəsini bitirmşdir. İxtisasca hüquqşünasdır. Uzun illər vəkil kimi çalışıb.
Mərmərə Universitetində Radio və Televiziya flmləri çəkilişi ixtisası üzrə magistr təhlsili almışdır.
Hal hazırda notariusda işləyir, həm də televiziya filmləri çəkir.
Şeir, roman və təqiqat əsərlərindən ibarət çox sayda kitabları nəşr olunmuşdur.
Sözə, sənətə sevgisi olan, qardaş ölkədən gələn dəyərli qonağımızla tanış olmaq istəyən hər kəs dəvətlidir.
VOİCEPRESS.AZ







