Erməni KİV: Ölkə 20 il terrorla idarə olunub

28 İyul, 13:45

Ermənistan KİV-ləri sabiq prezident Robert Köçəryanın həbsinin uzun müddətdir Ermənistanda qeyri-konstitusion fəaliyyət göstərən rejimin aradan qaldırılmasından xəbər verdiyini yazır.

VOİCEPRESS.AZ xəbər verir ki, Robert Köçəryanın prezidentliyi dövründə konstitusiya quruluşunun devrilməsinə səbəb olduğu bildirilir. Ölkə mətbuatı buna misal olaraq 1 mart hadisələrini göstərib. Robert Köçəryan xələfi Serj Sərkisyana da güc verib. Belə ki, Serj Sərkisyan 10 il ərzində hakimiyyəti devrilmiş konstitusiya quruluşu ilə idarə edib.

Qeyd olunur ki, 1998-ci ildə Robert Köçəryan və siyasi tərəfdaşları seçki saxtakarlığı edərək 20 il müddətinə qanunsuz olaraq hakimiyyəti işğal ediblər. 2003-2004-cü illərdə Köçəryan hakimiyyətinə qarşı çıxanlar kütləvi şəkildə həbs olunub və sui-qəsdlərə məruz qalıb. Robert Köçəryan və Serj Sərkisyan parlamentdə, o cümlədən ayrı-ayrı dövlət qurumlarında terror aktları həyata keçirib.

Bir sözlə, Ermənistanda 20 illik hakimiyyət terror, cinayət və qorxu ilə idarə olunub.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here