Türkiyədə səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Beştəpədəki iqamətgaha gəlib.
İlham Əliyev prezident iqamətgahında rəsmi mərasimlə qarşılanıb.
VOİCEPRESS.AZ xəbər verir ki, Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi zamanı bir ilk yaşanıb.
Mərasim zamanı Türkiyə və Azərbaycan liderləri arasındakı görüşdə ilk dəfə olaraq “Can Azərbaycan” musiqisi səsləndirilib.
VOİCEPRESS.AZ







